24 avqust 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov və Uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemlərinin metodologiyası şöbəsinin müdiri Gülbacı Əliyeva ilə görüş keçirilib.
Görüşdə ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov, İdarə Heyəti sədrinin birinci müavini, i.e.d. Arzu Hüseynova, Makroiqtisadi siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Malik Mehdiyev və həmin şöbənin kiçik elmi işçisi Əfraim Məmmədov iştirak ediblər.
Görüş zamanı tərəflər standartların tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər. Əsasən standartların tətbiqinin səmərəliliyi, standartların hazırlanmasına kömək göstərilməsi, standartlaşdırma üzrə təlimlərin təşkili kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə birgə fəaliyyət üzrə müxtəlif mexanizmlərin işlənib hazırlanması təklif edilib.
Həmçinin tərəflər bir sıra sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.