logo
ESRI əməkdaşları ilə Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri arasında görüş keçirilib
Görüş zamanı tərəflər əməkdaşlıq üzrə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

30 avqust 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) əməkdaşları arasında görüş keçirilib. Keçirilmiş görüşün məqsədi müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Görüşdə iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli, ESRI İdarə Heyətinin sədri Mahir Hümbətov, Yerli və beynəlxalq əməkdaşlıq şöbəsinin baş elmi işçisi Natiq Mədətov, Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, Maliyyə, təminat və sənədlərlə iş şöbəsinin mütəxəssisi Aydan Axundova və beynəlxalq ekspert Kamran Malikov iştirak ediblər.

AİH tərəfdən görüşdə Holdinqin Baş icraçı direktorunun müavini Anar Novruzov, Strateji idarəetmə departamentinin müdiri Nizami Yusifli, Strateji idarəetmə departamentinin böyük mütəxəssisi Hikmət Qasımlı və digər əməkdaşlar iştirak ediblər.

Görüş zamanı korporativ standartların tətbiqi, hesabatların şəffaflığı, investisiyaların effektivliyinin artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Həmçinin AİH-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlığı çərçivəsində ESRI ilə birgə fəaliyyət məsələləri müzakirə edilib.

Sonda tərəflər yaxın gələcəkdə əməkdaşlıq üçün perspektivli istiqamətlərin müəyyənləşdirilməsi barədə ətraflı praktiki təkliflər hazırlayaraq reallaşdırmaq barədə razılığa gəliblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.