12 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrupun 3-cü iclası keçirilib.
Onlayn formatda keçirilmiş iclasda Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planının 1.1.8.1-ci bəndinə əsasən hazırlanmış Yeni Nəsil İqtisadiyyat Strategiyasının layihə sənədi təqdim edilib.
Daha sonra iclas iştirakçıları təqdim edilmiş layihə ətrafında fikir mübadiləsi aparıblar.
İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, i.e.d. Arzu Hüseynova, Elm, təhsil və karyera inkişafı şöbəsinin elmi işçisi Nərmin Babayeva, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Vüqar Abbasov, həmin şöbənin kiçik elmi işçisi Kərim Hacıyev və Maliyyə, təminat və sənədlərlə iş şöbəsinin mütəxəssisi Aydan Axundova təmsil ediblər.