logo
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) ilə videokonfrans keçirilib

16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışının Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı ilə müzakirəsinə dair videokonfrans keçirilib.

Videokonfransda Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin, Əqli Mülkiyyət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsul şəxsləri iştirak ediblər.

İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) konfransda İdarə Heyəti sədrinin 1-ci müavini iqtisad elmləri doktoru, prof. Arzu Hüseynova təmsil edib.

Videokonfransda Qlobal İnnovasiyalar İndeksinin metodologiyası və hesabatda əks olunan göstəricilər ilə bağlı dəqiqləşdirilməsi zəruri olan məsələlərə dair suallar “WIPO”nun nümayəndələri tərəfindən cavablandırılıb. Bununla yanaşı “WIPO”nun ekspertləri müvafiq izahlar və metodoloji dəstək veriblər.

Daha sonra təklif edilib ki, bu sahədə əməkdaşlıq davam etdirilsin və indeksin göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində təlimlər keçirilsin.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.