28 sentyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Mərkəzi Asiya E-ticarət Forumu keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova və Elm, təhsil və karyera inkişafı şöbəsinin elmi işçisi Nərmin Babayeva təmsil ediblər.
Forumda açılış nitqi ilə Qazaxıstan Respublikasının ticarət və inteqrasiya nazirinin birinci müavini Ayjan Bijanova çıxış edib.
Forumda A. Hüseynova “İnkişaf üçün körpülərin qurulması: rəqəmsal ticarət dəhlizinin inkişafı” mövzusunda keçirilmiş 4-cü sessiyada çıxış edib. O, çıxışı zamanı rəqəmsal ticarət dəhlizinin inkişafından, bu istiqamətdə qarşıya çıxan problemlərdən və onların həlli yollarından bəhs edib.
Sessiya sual-cavab şəklində davam edib.