28 sentyabr 2023-cü il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində Mərkəzi Asiya E-ticarət Forumu keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) təmsil etmiş İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova Qazaxıstanın Ahmed Yasavi Universitetinin Avrasiya Tədqiqat İnstitutunun (ERI) direktoru Suat Beylur ilə görüşüb.
Görüş zamanı S. Beylur Avrasiya Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri, ERI tərəfindən dərc edilmiş kitablar və jurnallar barədə məlumat verib.
A. Hüseynova isə öz növbəsində ESRI-nin 60 illik tarixindən, fəaliyyət istiqamətlərindən, görülmüş işlərdən və dərc olunmuş jurnallardan bəhs edib.
Görüşdə Avrasiya Tədqiqat İnstitutu ilə ESRI arasında imzalanması nəzərdə tutulan memorandum barədə də fikir mübadiləsi aparılıb.