logo
ESRI-nin İdarə Heyətinin sədri CAREC İnstitutu forumu çərçivəsində Çin şirkətləri ilə dəyirmi masada iştirak edib
ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov “Hökumətlər və Özəl Sektor arasında dialoq” mövzusunda limitli iştiraklı dəyirmi masada iştirak edib.

16 avqust 2023-cü il tarixində CAREC Beyin Mərkəzlərinin 7-ci İnkişaf Forumu öz işinə başlayıb.

M. Hümbətov Forum çərçivəsində keçirilmiş “Hökumətlər və Özəl Sektor arasında dialoq” mövzusunda limitli dəyirmi masada iştirak edib. Dəyirmi masa müzakirələrində həmçinin Gürcüstan, Pakistan, Monqolustan, Tacikistan və Türkmənistan hökumətlərinin də yüksək rütbəli rəsmiləri iştirak ediblər.

Çin tərəfindən isə dəyirmi masada Çinin Alibaba, Yema Group, Goldwind Science and Technology Co., China Siwei Surveying and Mapping Technology Co., Western Region Group, Xinjiang Abida Bio-technology Development Co. və s. şirkətləri iştirak ediblər. 

Aparılan müzakirələrdə başlıca məqsəd ÇXR və digər CAREC-dən olan özəl şirkətlərin təcrübələrini bölüşməklə CAREC regionunda ticarət və investisiya dinamikasının icmalını təqdim etmək və CAREC regionunda ticarətin inkişafı və investisiya təşviqinin yaxşılaşdırılması yollarını, habelə hökumətlər və özəl sektor arasında potensial əməkdaşlıq sahələrini araşdırmaq olub.

Müzakirələr sual-cavab şəklində davam etdirilib. Burada əsasən “CAREC regionunda ticarət inkişafı və investisiya təşviqi üçün hansı çağırışlar və imkanlar mövcuddur?” və “Regionda ticarət və investisiyanın təşviqi üçün ən yaxşı təcrübələr hansılardır?” sualları cavablandırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.