Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyindən ibarət Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edib.
Forum çərçivəsində M. Hümbətov Türmənistan Nazirlər Kabinetinin şöbə müdiri Vepa Qurbanov, Tacikistan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Mahmadi Mullayev ilə birlikdə Sincan Uyğur Muxtar vilayətinin qubernatoru Erkin Tuniyazın dəvətilə şam yeməyinə qatılıb. Yemək zamanı qubernator qonaqlarla səmimi söhbət apararaq onları Urumçidə salamlayıb. Daha sonra E.Tuniyaz tərəfindən Azərbaycan şirkətləri də Sincanla daha sıx çalışmağa, 2010-cu ildən etibarən hər il Umrumçidə keçirilən Avrasiya Əmtəə və Ticarət sərgisi və Tyanşan Forumunda iştirak etməyə dəvət ediliblər.