Forum günlərində bir sıra sərgi, dəyirmi masa və görüşlər keçirilib.
Forumda İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Mahir Hümbətov İqtisadi və Sosial İnkişaf Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyindən ibarət Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edib.
Forum çərçivəsində M. Hümbətov digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləriylə birgə, yəni Türkmənistan Nazirlər Kabinetinin şöbə müdiri Vepa Qurbanov, Tacikistan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Mahmadi Mullayev ilə birlikdə 2010-cu ildən etibarən hər il Urumçidə keçirilən Avrasiya Əmtəə və Ticarət sərgisi və Tyanşan Forumunun açılış mərasimində iştirak edib. Açılış mərasiminə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çin Kommunist Partiyasının Sincan üzrə katibi Ma Xingrui, Sincan Uyğur Muxtar vilayətinin qubernatoru Erkin Tuniyaz, Kommersiya Nazirinin müavini və Çin Beynəlxalq Ticarət Nümayəndəliyinin müavini Ling Ji, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akylbek Zhaparov, Qazaxıstan Baş Nazirinin müavini və Ticarət və İnteqrasiya naziri Serik Zhumangarin, “Bank of China”nın İdarə Heyətinin sərdi Ge Haijiao, Çin İnkişaf İnstitutunun prezidenti Fan Gang və CAREC İnstitutunun direktoru Kabir Jurazoda qatılıblar.