logo
ESRI əməkdaşları Tailandda Asiya İnkişaf Bankının konfransında iştirak ediblər
Konfrans çərçivəsində ESRI əməkdaşları tərəfindən mötəbər təşkilatların nümayəndələrinə ESRI-nin monitorinq və qiymətləndirmə fəaliyyəti barədə məlumat verilib.

11 – 14 sentyabr 2023-cü il tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Asiya Qiymətləndirmə Həftəsi keçirilib.


İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin böyük elmi işçisi Elsevər Lətifli və Makroiqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov Asiya Qiymətləndirmə Həftəsi çərçivəsində təşkil edilmiş “Bərpadan daha çoxu: inkişaf effektivliyinin dəyərləndirilməsi” mövzusunda konfransda iştirak ediblər.


Konfransda dayanıqlılıq və davamlılıq, inklüziv əməkdaşlıq və dəyərləndirmədə innovasiya kimi mövzular müzakirə edilib. Bundan əlavə son illərdə qiymətləndirmənin dövlət proqramlarına tətbiqində qarşıya çıxa biləcək çətinliklər, süni intellektin qiymətləndirmədə istifadəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Konfrans çərçivəsində ESRI əməkdaşları tərəfindən mötəbər təşkilatların nümayəndələrinə ESRI-nin monitorinq və qiymətləndirmə fəaliyyəti barədə məlumat verilib. Eləcə də ESRI-nin regional layihələrin icrası zamanı bu növ faəliyyətlərdə iştirakda maraqlı olduğu diqqətə çatdırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.