22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası keçirilib.
Onlayn formatda keçirilmiş iclasa elm və təhsil nazirinin müavini, işçi qrupunun rəhbəri İdris İsayev sədrlik edib.
İclasda çıxış etmiş İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova “Yol Xəritəsi”ndə ESRI tərəfindən görülmüş işlər və elmi nəşrlərin stimullaşdırılması məqsədilə qabaqcıl ölkələrə səfərlərin təşkil edilməsi təklifləri barədə öz fikirlərini səsləndirib.
İclasda görülmüş işlər və gələcək perspektivlər barəsində işçi qrupunun rəhbərinin çıxışı və tapşırıqları dinlənilib.
Sonda üzvlərin sual və təklifləri müzakirə edilib