logo
ESRI əməkdaşının məqaləsi “EuroMemo Group”un illik konfransında yayımlanıb
ESRI əməkdaşının məqaləsi “EuroMemo Group”un (European Economists for an Alternative Economic Policy in Europe – Avropada Alternativ İqtisadi Siyasət üçün Avropalı İqtisadçılar) 2023-cü ildə keçirilmiş illik konfransında yayımlanıb.

27 – 28 sentyabr tarixlərində İtaliyanın Napoli şəhərində “EuroMemo Group”un (European Economists for an Alternative Economic Policy in Europe – Avropada Alternativ İqtisadi Siyasət üçün Avropalı İqtisadçılar) 29-cu İllik Konfransı keçirilib.

“Müharibə, iqlim fəlakəti və sosial reproduksiya böhranı: Avropa İttifaqı (Aİ) poliböhranla necə mübarizə aparmalıdır?” mövzusunda tədbirdə son dövrlərdə müharibə və artan geosiyasi gərginliklər, iqlim və biomüxtəliflik fəlakəti, yaşayış dəyəri böhranı və dərinləşən sosial və qlobal bərabərsizliklərin Aİ-nin gələcəyi üçün yarada biləcəyi dərin təsirlər müzakirə edilib.

Sözügedən konfransın müxtəlif sessiyalarında Avropanın mötəbər təşkilat və universitetlərindən göndərilmiş, siyasətəsaslı tövsiyələri özündə ehtiva etmiş məqalələr müzakirə edilib və real siyasət quruculuğu üçün növbəti hansı təkliflərin verilə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yayımlanmış məqalələr arasında İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədovun “EuroMemo Group” üçün yazdığı “New Energy Provider of Europe: Azerbaijan” (Avropanın Yeni Enerji Provayderi: Azərbaycan) adlı məqalə də yer alıb.

Məqalədə Ukraynadakı mövcud böhran nəticəsində Avropada meydana gəlmiş enerji böhranı və Azərbaycanın bu enerji böhranında Cənub Qaz Dəhlizi üzərindən hansı rolu oynaya biləcəyi göstərilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.