logo
ESRI-də “İƏT-in Ticarət və İnkişaf Bankı”ndan olan nümayəndə heyəti ilə görüş keçirilib
“İƏT-in Ticarət və İnkişaf Bankı”ndan olan nümayəndə heyətinə başçılıq etmiş Bankın prezidenti Yalçın Yüksel İƏT-in “İqtisadiyyat” jurnalının nüfuzunun yüksəldilməsinə verdiyi töhfəyə görə ESRI-yə təşəkkürünü bildirib.

5 oktyabr 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) “İƏT-in Ticarət və İnkişaf Bankı”ndan olan nümayəndə heyəti ilə görüş keçirilib.

“İƏT-in Ticarət və İnkişaf Bankı”nın maliyyə üzrə vitse-prezidenti Mehdi Kəsraipur, kredit üzrə vitse-prezidenti Şeryar Taj və Siyasət və uyğunluq idarəsinin rəisi Fazlı Sakdan ibarət nümayəndə heyətinə Bankın prezidenti Yalçın Yüksel başçılıq edib.

İlk olaraq Yalçın Yüksel Bank tərəfindən həyata keçirilən layihələrdən, görülən işlərdən bəhs edib.

ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov ESRI-nin baş redaktorluğu ilə dərc edilən İƏT-in “İqtisadiyyat” jurnalından bəhs edib. O, jurnalın bu il dərc olunması nəzərdə tutulan 8-ci sayı barədə geniş məlumat verib və bu istiqamətdə “İƏT-in Ticarət və İnkişaf Bankı” ilə bağlanan müqaviləyə diqqət çəkib. Həmçinin M. Hümbətov jurnalın dərc olunması üçün “İƏT-in Ticarət və İnkişaf Bankı”nın göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürünü bildirib.

Görüş zamanı qonaqlara ESRI-nin fəaliyyəti, həyata keçirdiyi layihələr, İƏT Tədqiqat Mərkəzi və İƏT-in “İqtisadiyyat” jurnalı barədə təqdimat təqdim edilib.

Öz növbəsində Y. Yüksəl İƏT-in “İqtisadiyyat” jurnalının dərc olunmasına, jurnalın nüfuzunun yüksəldilməsinə verdiyi töhfə üçün ESRI-yə təşəkkürünü bildirib və bu istiqamətdə həyata keçirilmiş uğurlu işlərə diqqət çəkib. Həmçinin o, gələcəkdə də ESRI ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.