logo
ESRI Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qruplarının birgə iclasında təmsil edilib
İclasda Qlobal İnnovasiya İndeksinə dair qarşıya qoyulmuş vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

11 oktyabr 2023-cü il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qruplarının birgə iclası keçirilib.

İclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova, İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Həbibə Cabbarova və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyev təmsil ediblər.

İclasda Qlobal İnnovasiya İndeksinə dair ümumi vəziyyət, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, ötən illə müqayisədə sözügedən indeks üzrə Azərbaycan 4 pillə irəliləyib.

İclas qarşılıqlı müzakirə formatında davam edib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.