logo
ESRI əməkdaşı Qazaxıstanda CCAMTAC-ın vörkşopunda iştirak edib
CCAMTAC tərəfindən keçirilmiş vörkşopda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil edib.

16 – 19 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Korrupsiyaya qarşı mübarizəyə hüquqi, təşkilati və strateji yanaşmalar” mövzusunda vörkşop keçirilib.

Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstan Republikasının Almatı şəhərində yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Bacarıqların İnkişafı Mərkəzi (CCAMTAC) tərəfindən keçirilmiş vörkşop hibrid formatda baş tutub.

Vörkşopda iştirakçı ölkələrin maliyyə, iqtisadiyyat və ədliyyə nazirliklərindən, maliyyə kəşfiyyatı xidmətlərindən, mərkəzi banklarından və korrupsiyaya qarşı mübarizə agentlikdlərindən nümayəndələr iştirak ediblər.

Sözügedən vörkşopda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev təmsil edib.

Vörkşopda açılış nitqi ilə CCAMTAC-ın direktoru Norbert Funke və BVF-nin İdarəetmə və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Emmanuel Mathias çıxış ediblər.

Vörkşop nəzəri hissənin tədrisi və keyslərin müzakirəsi şəklində davam edib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.