logo
ESRI əməkdaşları Qlobal İnnovasiya İndeksi üzrə müzakirələrdə iştirak ediblər
Aparılan müzakirələrdə Qlobal İnnovasiya İndeksi üzrə növbəti hesabat üçün planlaşdırılmış layihələrə dair fikirlər səsləndirilib.

13 oktyabr 2023-cü il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qlobal İnnovasiya İndeksində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əsas icraçı olduğu alt-indikatorlar, 17 oktyabr 2023-cü il tarixində isə Elm və Təhsil Nazirliyinin əsas icraçı olduğu alt-indikatorlar üzrə müzakirələr aparılıb.  

Hər iki iclasda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova və İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Həbibə Cabbarova təmsil ediblər.

Aparılan müzakirələr zamanı Qlobal İnnovasiya İndeksi üzrə hesabatlar, göstəricilərin ötən illə müqayisəli təhlili, həyata keçirilmiş tədbirlər, həmçinin növbəti hesabat üçün planlaşdırılmış layihələr ətrafında fikirlər səsləndirilib. İştirakçılar tərəfindən sözügedən məsələlərə dair müvafiq qərarlar qəbul olunub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.