logo
ESRI əməkdaşı Hindistanda təlimdə iştirak edib
Təlim zamanı Hindistanda kənd təsərrüfatı kooperativlərinin inkişaf xətləri və onların maliyyələşdirilmə kanalları üzrə təcrübə mübadiləsi aparılıb.

30 oktyabr – 3 noyabr 2023-cü il tarixlərində Hindistanın Laknou şəhərində Kənd Yerlərinin İnkişafı üzrə Banklar İnstitutu tərəfindən təşkil edilmiş “Hindistanda Kənd Təsərrüfatı Kooperativləri” təlimi keçirilib.

Hindistan Xarici İşlər Nazirliyinin “Hindistan İqtisadi və Əməkdaşlıq” Proqramının dəstəyilə təşkil edilmiş proqramda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin kiçik elmi işçisi Əfraim Məmmədov təmsil edib.

Təlim zamanı Hindistanda kənd təsərrüfatı kooperativlərinin inkişaf xətləri və onların maliyyələşdirilməsi kanalları üzrə təcrübə mübadiləsi aparılıb. Təlimdə iştirakçılar yerlərdəki müvafiq kooperativlərdə təcrübə keçib və nəzəri biliklərin necə tətbiq olunduğunu, bu kooperativlərin hansı mexanizmlər vasitəsilə dəstəkləndiyini öyrəniblər.

Təlimin sonunda iştirakçılar öz ölkələrində kooperativlərin mövcud vəziyyəti və Hindistan təcrübəsinin burada tətbiqinin perspektivləri barədə fikirlərini bölüşüblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.