logo
ESRI nümayəndələri Moskvada “Rusiya və MDB ölkələrinin əhalisinin rifahında dəyişikliklərin uzunmüddətli meylləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər
Konfransda 1960 – 1980-ci illər üçün Qarşılıqlı İqtisadi Yardım Şurasının beynəlxalq müqayisələrinin materialları müzakirə olunub.

28 – 29 noyabr 2023-cü il tarixlərində Rusiyanın Moskva şəhərində Beynəlxalq Peşəkar Statistika Təhsili İnstitutunun “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin təşkilatçılığı ilə “Rusiya və MDB ölkələrinin əhalisinin rifahında dəyişikliklərin uzunmüddətli meylləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin elmi işçisi Gunash Kamzaevi və İqtisadi modelləşdirmə, statistika və data analitikası şöbəsinin kiçik elmi işçisi Lalə Tağıyeva təmsil ediblər.

Konfransda Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) üzvü olan ölkələrin beynəlxalq müqayisəli tarixi zaman sıralarının qurulması üçün əsas ola biləcək valyutaların alıcılıq qabiliyyəti paritetinə əsaslanan 1960 – 1980-ci illər üçün QİYŞ-nın beynəlxalq müqayisələrinin materialları müzakirə olunub.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.