logo
ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini SABAH qrupları layihəsinin professor-müəllim heyətinə təlim keçib
ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova təlim iştirakçılarına “Uğurlu elmi nəşrlərin sirri” mövzusunda təlim keçib.

24 – 25 noyabr 2023-cü il tarixlərində SABAH qrupları layihəsinin professor-müəllim heyəti üçün təlimlər keçirilib.

Təlimçilər arasında İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova da yer alıb. A. Hüseynova iştirakçılara “Uğurlu elmi nəşrlərin sirri” mövzusunda təlim keçib.

Qeyd edək ki, keçirilmiş peşə ixtisası təlimləri ümumilikdə 61 müəllimi əhatə edib.

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.