20 noyabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində “Qida tullantılarının təkrar emalı” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İqtisadi İnkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Həbibə Cabbarova və Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Kərim Hacıyev təmsil ediblər.
Dəyirmi masada Haccetepe Universitetinin professoru ‒ Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Ilgınlar” şirkətinin tədqiqat və inkişaf məsələləri üzrə məsləhətçisi Behzat Gürkan və şirkətin təmsilçisi Osman Ilgın istifadə tarixi keçmiş və istehsal prosesində yaranan qida tullantılarından sənaye əhəmiyyətli etil spirtinin əldə edilməsi üzrə təmsil etdikləri şirkətin təcrübəsini bölüşüblər.
Sözügedən təcrübə dəyirmi masa iştirakçıları tərəfindən maraqla qarşılanıb və Azərbaycanda bu sahə üzrə fəaliyyətin həyata keçirilməsi imkanları müzakirə olunub.