logo
ESRI əməkdaşları ilə Türkiyə İqtisadi Siyasət Araşdırmaları Vəqfinin nümayəndələri arasında görüş keçirilib
25 dekabr tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları Türkiyənin Ankara şəhərinə işgüzar səfər çərçivəsində Türkiyə İqtisadi Siyasət Araşdırmaları Vəqfinin (TEPAV) nümayəndələri ilə görüş keçiriblər.

Görüşdə TEPAV-ın təsisçi direktoru Güvən Sak 2004-cü ildən fəaliyyətə başlayan Vəqfin siyasətyönümlü təhlillər apardığını və ümumi siyasi proseslərə töhfə vermək məqsədi ilə yaradıldığını diqqətə çatdırıb.

Öz növbəsində ESRI əməkdaşları da 60 illik tarixə malik olan ESRI-nin beynəlxalq əməkdaşlıqlarından, yeni dövr formalaşmasından və həyata keçirilən önəmli layihələrdən bəhs ediblər.

Aparılan müzakirələr zamanı birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirən tərəflər bununla əlaqədar olaraq Anlaşma Memorandumu da imzalayıblar.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.