logo
ESRI əməkdaşları Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşüblər
Görüşdə ESRI əməkdaşları İnstitutun tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat veriblər.

26 dekabr 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları “Türk iqtisadiyyatlarında rəqəmsal ticarət və investisiya potensialının açılması” mövzusunda ESRI-nin də Azərbaycanla bağlı bir fəslinə töhfə vermiş olduğu kitabın təqdimatında iştirak etmək məqsədilə Türkiyənin Ankara şəhərində olarkən Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndələri ilə görüşüblər.

Görüşdə ESRI əməkdaşları İnstitutun tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat veriblər.

Öz növbəsində SAM-ın əməkdaşları təmsil etdikləri qurumun 1995-ci ilin may ayından həm beyin mərkəzi, həm də tədqiqat mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd ediblər. Eyni zamanda SAM-ın həyata keçirdiyi layihələr barədə geniş məlumat veriblər.

Sonda tərəflər gələcəkdə əməkdaşlıq edilməsi mümkün olan istiqamətlər və bununla əlaqədar Anlaşma Memorandumunun imzalanması ətrafında da fikir mübadiləsi aparıblar.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.