logo
ESRI əməkdaşları ilə “Brand Finance”ın Türkiyə təmsilçisi arasında görüş keçirilib
Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

26 dekabr 2023-cü il tarixində Türkiyənin Ankara şəhərində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Makroiqtisadi siyasətin təhlili şöbəsinin elmi işçisi Əfraim Məmmədov, Rəqəmsallaşma, innovasiya və sahibkarlıq siyasətinin təhlili şöbəsinin elmi işçisi Gunash Kamzaevi və İqtisadi inkişaf siyasətinin təhlili şöbəsinin kiçik elmi işçisi Həbibə Cabbarova dünyada markaların brend qiymətləndirilməsi üzrə qabaqcıl şirkətlərdən biri olan “Brand Finance”ın Türkiyə təmsilçisi Muhterem İlgünər ilə görüşüblər.

Görüşdə “Brand Finance” bazasında Azərbaycan şirkətlərinin qiymətləndirilməsinin hansı formatda aparıla biləcəyi və bu qiymətləndirmənin təsirindən istifadə olunaraq Azərbaycanın beynəlxalq indekslərdə necə bir mövqe formalaşdıracağı müzakirə edilib.

Muhterem İlgünər də öz növbəsində brend qiymətləndirmələrin necə aparıldığı və bölgədə data və statistik baxımdan hansı boşluqların olduğu barədə öz fikirlərini bölüşüb.

Görüş zamanı tərəflər gələcəkdə bu sahədə əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparıblar.




 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.