Görüşdə ANKASAM-ın təsisçi prezidenti Mehmet Seyfettin Erol Mərkəzin tarixi, strukturu, fəaliyyəti və Mərkəz tərəfindən nəşr olunan jurnallar barədə məlumat verib.
Öz növbəsində ESRI əməkdaşları İnstitut barədə ətraflı məlumat verdikdən sonra baş redaktorluğu ESRI-də olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İqtisadiyyat” jurnalının yeni dərc edilmiş 8-ci sayı və ESRI-nin yeni beynəlxalq jurnalı – “Strateji iqtisadi düşüncə” jurnalından (JSET), eləcə də ESRI əməkdaşlarının müxtəlif mövzularda yazmış olduqları kitablar, cari akademik və siyasət əsaslı tədqiqatlardan bəhs ediblər.
Sonda tərəflər birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər və bununla əlaqədar olaraq 2 təşkilat arasında Anlaşma Memorandumu imzalanıb.