Görüşdə ORSAM-in prezidenti v.m.i.e. İsmail Numan Telci Mərkəzin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, ORSAM-ın əsas məqsəd və hədəfi Orta Şərqlə bağlı məlumat qaynaqlarını genişləndirməkdən ibarətdir.
Öz növbəsində ESRI nümayəndləri də İnstitutun 60 illik tarixindən, fəaliyyət istiqamətlərindən, xüsusilə də yenidən təşkildən sonra qarşıya qoyduğu məqsəd və hədəflərdən bəhs ediblər.
Sonda bir sıra istiqamətlər üzrə birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlmiş tərəflər bununla əlaqədar olaraq Anlaşma Memorandumu imzalayıblar.