ESRI nümayəndə heyəti ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun əməkdaşları arasında görüş keçirilib
Görüşdə tərəflər arasında lokal, regional, beynəlxalq və qlobal sosial-iqtisadi mövzularla bağlı informasiya mübadiləsi aparılıb.
26 dekabr 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları Türkiyənin Ankara şəhərinə işgüzar səfər çərçivəsində Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (IKSAD) direktoru Mustafa Latif Emek ilə görüş keçiriblər.
Görüşdə tərəflər arasında lokal, regional, beynəlxalq və qlobal sosial-iqtisadi mövzularla bağlı informasiya mübadiləsi aparılıb.
Aparılan müzakirələr zamanı tərəflər birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər və bununla əlaqədar olaraq 2 təşkilat arasında Anlaşma Memorandumu imzalanıb.
Sonda tərəflər xatirə şəkli çəkdiriblər.