logo
Türkiyədə işgüzar səfərdə olan ESRI əməkdaşları Türkiyənin Strateji Düşüncə İnstitutunun nümayəndələri ilə görüşüblər
27 dekabr 2023-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları Türkiyənin Ankara şəhərinə olan işgüzar səfərləri çərçivəsində Türkiyənin Strateji Düşüncə İnstitutunun (SDE) prezidenti Abuzer Pınar ilə görüşüblər.

Görüşdə A.Pınar SDE-nin əsas fəaliyyət istiqamətləri arasında layihə tədqiqatları, təhlillər, şərhlər, elmi nəşrlər, sorğu araşdırmaları kimi məsələlərin yer aldığını qeyd edib.

Öz növbəsində ESRI əməkdaşları ESRI-nin həyata keçirdiyi layihələrdən, xüsusilə Rəqəmsal İqtisadiyyat üzrə bugünlərdə icra edilən sorğudan ətraflı bəhs ediblər.

Tərəflər birgə həyata keçirilə biləcək layihələr, əməkdaşlıq edilməsi mümkün olan sahələr barədə fikir mübadiləsi aparıblar və bununla əlaqədar olaraq Anlaşma Memorandumu imzalayıblar.

Sonda xatirə şəkli çəkdirilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.