Görüşdə ESAM-ın baş katibi Atil Ağdağ Mərkəzin Türkiyədə qurulan ilk düşüncə və strategiya mərkəzlərindən biri olduğunu, ölkənin iqtisadi və sosial inkişafına töhfə verən bir çox araşdırmalar apardığını diqqətə çatdırıb.
Öz növbəsində ESRI əməkdaşları ESRI-nin tarixindən, həyata keçirdiyi layihələrdən və apardığı elmi və siyasətəsaslı tədqiqatlarından bəhs ediblər.
Danışıqlar zamanı tərəflər gələcəkdə əməkdaşlıq edilməsi mümkün olan istiqamətlər və bununla əlaqədar Anlaşma Memorandumunun imzalanması ətrafında da fikir mübadiləsi aparıblar.
Sonda xatirə şəkli çəkdirilib.