Görüşdə ESRI əməkdaşları İnstitutın 60 illik tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat veriblər.
Öz növbəsində XSİ-nin prezidenti Hüseyn Bağcı 1974-cü ildə yaradılmış İnstitutun beynəlxalq münasibətlər və xarici siyasət sahələrində fəaliyyət göstərən beyin mərkəzi olduğunu nəzərə çatdırıb.
Beynəlxalq münasibətlər, əməkdaşlıqlar və beynəlxalq layihələr ətrafında fikir mübadiləsi aparmış tərəflər gələcəkdə bu istiqamətdə əməkdaşlıq etmək barədə razılığa gəliblər və Anlaşma Memorandumu imzalayıblar.
Sonda xatirə şəkli çəkdirilib.