26 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli müvafiq sərəncamı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş Tədbirlər Planı üzrə İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) elan etdiyi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” adlı ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsinin Türkiyədən olan qalibi, Türkiyənin Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) əməkdaşı Doğacan Başaran ilə görüş keçirilib.
Görüşdə İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Keyfiyyətə nəzarət və planlaşdırma şöbəsinin aparıcı elmi işçisi Şükür Quliyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin protokol məsələləri üzrə müşaviri Elxan Zeynalov və iqtisadi məsələlər üzrə ikinci katib Suliddin Məmmədov iştirak ediblər.
Görüş zamanı Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin Azərbaycan üçün misilsiz xidmətləri, onun Azərbaycan iqtisadiyyatına verdiyi töhfə, apardığı iqtisadi və institusional islahatlar barədə geniş müzakirələr aparılıb.
Sonda D.Başarana sözügedən müsabiqədə qalib gəlməsi ilə əlaqədar sertifikat və hədiyyələr təqdim olunub.