logo
İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib

14 oktyabr 2022-ci il tarixində ESRI-də fəlsəfə doktoru proqramı üzrə doktorantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.

ESRI-nin 5312.01 - Sahə iqtisadiyyatı ixtisası üzrə doktorantı Nurlan Elşən oğlu Hacızadənin “Enerji infrastrukturunda texniki tənzimləmənin təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi” və 5306.01 - “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə doktorantı Orxan Zahit oğlu Süleymanlının “Azərbaycan Respublikasında sənayenin innovativ idarəedilməsinin təkmilləşdirilməsi” mövzularında tamamlanmış dissertasiya işləri ilkin müzakirədən keçərək müdafiə üçün növbəti mərhələyə tövsiyə edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.