logo
ESRI ilə AVİM arasında onlayn görüş keçirilib
AVİM nümayəndələri ilə görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları ilə Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəfdaşlar jurnalların dərci, birgə tədbirlərin təşkili, müxtəlif əlaqəli mövzularda açıq və qapalı görüşlərin keçirilməsi kimi bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin AVİM tərəfindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Ümumilikdə Orta Dəhliz) mövzusunda birgə tədbirlərin həyata keçirilməsi və həmin tədbirlərin yekunu olaraq birgə hesabat və ya kitabın nəşr edilməsi təklif edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Türkiyənin Ankara şəhərində ESRI ilə AVİM arasında birgə əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.