1 fevral 2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İntitutunda (ESRI) ABŞ-ın Ətraf Mühit Sistemləri Tədqiqat İnstitutunun (Esri) nümayəndəsi ilə görüş keçirilib.
Görüşdə Esri-nin baş məsləhətçisi Əhməd Avadi coğrafi informasiya sistemləri (CİS) proqram təminatı ilə bağlı təqdimat edib. Həmçinin bu proqramın tətbiq edilməsi ilə aparılmış ən son tədqiqatlar haqqında geniş məlumat verib.
Öz növbəsində ESRI əməkdaşları ESRI-nin fəaliyyəti və ESRI tərəfindən aparılmış tədqiqatlardan bəhs ediblər.
Ə. Avadi Esri-nin araşdırma mərkəzlərini proqram təminatları ilə təmin etdiyini və ESRI-nin araşdırmalarının ArcGIS proqramının istifadəsinə uyğun olduğunu qeyd edib.
Görüş zamanı tərəflər gələcəkdə əməkdaşlıq edilməsi və ESRI tərəfindən həyata keçirilməsi planlaşdırılan bir sıra layihələrdə ArcGIS proqramının tətbiq edilməsi barədə razılığa gəliblər.