logo
“Texnologiya və innovasiyalar” işçi qrupunun iclası keçirilib
İclasda qurumlar tərəfindən 2023-cü il üzrə görülmüş işlərə dair hesabatlar təqdim edilib.

29 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda iclası keçirilib.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbərliyi, üzvləri və digər aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasa işçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edib.

İclasda qurumlar tərəfindən 2023-cü il üzrə görülmüş işlərə dair hesabatların təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyi üzrə hesabatı İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI)  İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova təqdim edib.

Sonda iştirakçıların sualları ətrafında fikir mübadiləsi aparılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.