logo
ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini ADNSU-da mühazirə deyib
Professor Arzu Hüseynova “İqtisadi təhlil” fənni üzrə tələbələrə mühazirə deyib.

18 aprel 2024-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova dəvət olunmuş professor qismində mühazirə deyib.

“Universitetlə iş dünyası arasında qarşılıqlı təcrübi-tədrislə biliyin təkmilləşdirilməsi” layihəsi üzrə dəvət edilmiş A.Hüseynova “İqtisadi təhlil” fənni üzrə mühazirə dərsində mövzu ilə əlaqədar sistem təhlil üsulları haqqında tələbələrə məlumat verib. O həmçinin,  tələbələri maraqlandıran sualları da cavablandırıb.

Qeyd edək ki, dərs prosesində kafedra müdiri professor Qəzənfər Süleymanov və dosent Esmira Məmmədova da iştirak ediblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.