Tədbirdə açılış nitqi ilə çıxış etmiş UNEC-in rektoru professor Ədalət Muradov ümummilli liderin zəngin irsinin tədqiq edilməsinin vacibliyindən söz açıb.
Kitabın ideya müəllifi olan professor Vaqif Şadlinski də öz növbəsində qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqımızın tarixinə, milli-siyasi təfəkkürünə, dövlətçilik şüuruna təsirinin çox böyük əhəmiyyəti var.
Tədbirdə İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova təmsil edib.