Qırğızıstan Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyinin Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzinin nümayəndə heyəti Bakıya səfəri çərçivəsində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) qonağı olub.
Görüş zamanı dövlət-özəl tərəfdaşlığı sahəsində qurumların birgə əməkdaşlığa əsaslanan fəaliyyətinin müxtəlif istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı ortaq layihələrin həyata keçirilməsinə yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, cari problemlər və gələcək perspektivlər üzrə fikir mübadiləsi aparılıb.
Görüş nəticəsində Dövlət-Özəl Tərəfdaşlığı Mərkəzi və ESRI-nin vasitəçiliyi ilə Qırğızıstan şirkəti “AkNur AIB” ilə Azərbaycan şirkətləri olan “AGRIBIOEKOTEX" MMC və “Asena Ko" MMC arasında sazişlər imzalanıb.