İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi və UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Mərkəzinin təşkilatçılığı ilə "Yeni dövrdə yeni ideyalarla" mövzusunda keçirilən dəyirmi masada iştirak edib.
Tədbirdə ali təhsil müəssisələrinin professor-müəllim, tələbə və tədqiqatçı heyəti, təhsil ekspertləri, iqtisadçı-ekspertlər, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Müzakirələr çərçivəsində Arzu Hüseynova ölkədə ali təhsil sahəsində innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təklif və tövsiyələrlə çıxış edib.