İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Türkiyənin İqtisadi Siyasət Tədqiqatı Fondunun (TEPAV) Maliyyə və Pul Siyasəti Araşdırmaları Mərkəzinin direktoru M. Coşkun Cangöz ilə görüş keçirilib.
Görüşdə TEPAV və ESRI arasında 25 dekabr 2023-cü il tarixində imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən əməkdaşlığın konkret istiqamətlərinin müəyyən olunması üzrə fikir mübadiləsi aparılıb. Hər iki qurumun ortaq tədqiqat sahələri üzrə bilik və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Tərəflər birgə onlayn sessiyaların keçirilməsi və tədqiqatların aparılmasına başlanması məqsədilə qısa müddətdə yenidən görüş təşkil etmək qərarına gəliblər.