logo
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında buraxılış işlərinin müdafiəsi keçirilib

2022-ci ilin 2-3 iyun tarixlərində M.V.Lomonosov adlna Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında İqtisadiyyat fakültəsinin bakalavriat pilləsi üzrə məzunlarının buraxılış işlərinin müdafiəsi keçirilib.

Buraxılış işlərinin müdafiəsi ənənəvi olaraq həm MDU, həm də yerli müəllim və alimlərinin iştirakı ilə keçirilir. Bununla əlaqədar olaraq yaradılmış Dövlət İmtahan Komissiyasının tərkibində MDU-nun İqtisadiyyat fakültəsinin müəllimləri ilə yanaşı İqtisadiyyat Nazirliyinin nümayəndəsi olaraq İqtisadi Elmi Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru Arzu Hüseynova da iştirak edib. Müdafiənin birinci günü 7 bakalavrın, ikinci günü isə 6 bakalavrın buraxılış işləri dinlənilərək müzakirə edilib.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.