logo
ESRI-nin İdarə Heyəti sədrinin birinci müavini Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda mühazirə deyib
Mühazirədə elmi tədqiqatların ölkə iqtisadiyyatına müsbət təsirləri əsaslandırılıb.

30.04.2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyəti sədrinin birinci müavini Arzu Hüseynova Milli Müdafiə Universitetinin Hərbi idarəetmə İnstitutunda Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunda “Milli gücün inkişafında elmi-texniki potensialın rolu” mövzusunda təqdimatla çıxış edib.

Mühazirədə ölkəmizdə ali, peşə ixtisas təhsili və tədqiqat müəssisələrindəki mövcud vəziyyət, eləcə də Azərbaycanın elmi potensialının müxtəlif indikatorlarla qiymətləndirildiyi beynəlxalq reytinqlərdəki yeri haqqında statistik və analitik məlumatlar təqdim olunub. Elmi tədqiqatların və innovasiyaların inkişafı sahəsində olan görülməli olan işlər barədə məlumat verilib, elmi-texniki və tədqiqat fəaliyyətinin iqtisadiyyata müsbət təsirləri əsaslandırılıb. Həmçinin elmi-texniki potensialın ölkə iqtisadiyyatına töhfəsinin arıtırılması üçün tədqiqatlara çəkilən xərclərin artırılması, elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi və gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.