logo
ESRI tərəfindən “3-cü İƏT Beyin Mərkəzləri Forumu” çərçivəsində “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda Konfrans keçiriləcək
Konfransa məqalələr qəbul edilir.

Hörmətli oxucular!

4 oktyabr 2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “3-cü İƏT Beyin Mərkəzləri Forumu” çərçivəsində “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda Konfrans keçiriləcək.

 

Konfransın bölmələri:

İqtisadi düşüncəyə yeni yanaşmalar

İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi yolları

İqtisadi qərarvermədə ətraf mühitlə bağlı problemlər

Yeni Nəsil İqtisadiyyatda təhsilin rolu

Digital texnologiyaların iqtisadi təsirləri

Yeni nəsil iqtisadçıların qarşısında duran əsas problemlər 

 

Konfransda iştirak etmək üçün məqalə və tezislər 15 avqust 2024-cu il tarixinədək azərbaycan, rus və ingilis dillərinin birində conference@esri.gov.az elektron ünvanına göndərilməlidir.

 

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

1. Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, sətirlərarası məsafə 1.15 intervalla, kənarlardan (hər tərəfdən 2.5 sm) boşluq buraxılmalı, paraqraflar soldan düzülmüş şəkildə, səhifələr sağ yuxarıdan nömrələnməlidir.

2. Məqalə və tezislərdə müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, telefon nömrəsi və elektron poçt ünvanı qeyd edilməlidir.

3. Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.

4. Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.

5. Tezislər 3 səhifədən artıq olmamalıdır.

 

Təşkilat komitəsi Konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məqalələri qəbul etməyə bilər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.