logo
ESRI əməkdaşları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına işgüzar səfər ediblər

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024 – 2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın “Məskunlaşması nəzərdə tutulan yaşayış məntəqələri üzrə sosial-iqtisadi pasportların hazırlanması” bəndinin icrası İqtisadi Elmi Tədqiqat İnstitutuna (ESRI) tapşırılıb. Pasportun layihəsi hazırlanıb və qurumlardan məlumatların toplanmasına başlanılıb.

Bu məqsədlə yerlərdən məlumatların toplanması və ərazinin sosial-iqtisadi vəziyyətinin ilkin təhlili üçün 20 – 25 may 2024-cü il tarixlərində ESRI-nin Sosial siyasət və humanitar sahələr şöbəsinin rəhbəri, i.ü.f.d. dosent Fərhad Mikayılov, həmin şöbənin aparıcı elmi işçisi Emin Mustafayev və Makroiqtisadi siyasət və tənzimlənmə şöbəsinin baş elmi işçisi Rauf Musayev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına işgüzar səfər ediblər.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, sahibkarlar, yerli sakinlər və digər qurumların təmsilçiləri ilə keçirilən görüşlər zamanı cari vəziyyət müzakirə edilib və potensial imkanlar araşdırılıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.