logo
İƏT İqtisadi Tədqiqatlar üzrə Daimi Rəhbər Komitəsinin (EPSCER) onlayn formatda 7-ci iclası keçirilib
İclasda ESRI-nin baş redaktorluğunu həyata keçirdiyi İƏT “İqtisadiyyat” jurnalının 9-cu sayı ilə bağlı fikir mübadiləsi aparılıb.

5 iyun 2024-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi Rəhbər Komitəsinin (EPSCER) onlayn formatda 7-ci iclası keçirilib.

Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinin Dünya İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Dolores Tyulebekovanın sədrlik etdiyi iclasda İqtisadi Elmi Tədqiqat İntitutunu (ESRI) İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova və Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Səbinə Məmmədli təmsil ediblər.

İclas zamanı İƏT-in Bakıda Tədqiqat Mərkəzinin yaradılması istiqamətində görülən işlər müzakirə olunub. Eləcə də, ESRI-nin baş redaktorluğunu həyata keçirdiyi İƏT “İqtisadiyyat” jurnalının yeni – 9-cu sayı ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda İƏT Baş katibinin müavini Jandos Asanov və S.Məmmədli iclas iştirakçılarına Azərbaycanın ev sahibliyi edəcəyi “3-cü İƏT Beyin Mərkəzləri Forumu” barədə məlumat veriblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.