logo
ESRI-də Harvard Kennedi Məktəbinin tələbə-ekspertləri ilə görüş keçirilib
Görüşdə Harvard Kennedi Məktəbinin tələbə-ekspertləri tərəfindən aparılan tədqiqat işləri müzakirə olunub.

28 iyun 2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) Harvard Kennedi Məktəbinin tələbə-ekspertləri ilə görüş keçirilib.

Harvard Universiteti ilə tədqiqat və təhsil-təlim layihəsinin icrası çərçivəsində keçirilmiş görüş zamanı tərəflər arasında bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Harvard Kennedi Məktəbinin tələbə-ekspertləri tərəfindən aparılan tədqiqat işlərinə xüsusi yer verilib.

Görüşdə ESRI-ni İdarə Heyətinin sədri Şahin Sadıqov, İdarə Heyəti sədrinin birinci müavini, professor Arzu Hüseynova və Xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Səbinə Məmmədli təmsil ediblər.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.