12 – 14 iyun 2024-cü il tarixlərində Çinin Sincan Uyğur Muxtar Rayonunun Karamay şəhərində “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Rəqəmsal Texnologiyalar üzrə Beynəlxalq Simpozium” keçirilib.
Mərkəzi Asiya ölkələrinin və Çinin müxtəlif elmi tədqiqat müəssisələrinin tədqiqatçı və ekspertlərinin qatıldığı simpoziumda İqtisadi Elmi Tədqiqat İnstitutunu (ESRI) təmsil etmiş xarici-iqtisadi əlaqələr şöbəsinin rəhbəri Səbinə Məmmədli “Rəqəmsal sıçrayış: dövlət siyasətləri və sosial adaptasiya” mövzusunda təqdimatla çıxış edib.
S. Məmmədli rəqəmsallaşma, innovasiya və sosial adaptasiyanın uğurlu nümunələrindən biri kimi “ASAN xidmət” modeli haqqında ətraflı məlumat verib. Həmçinin Azərbaycan Respublikasının işğaldan azan olunan ərazilərində “ağıllı kənd” konsepsiyasının tətbiq olunması üzrə addımların atılması barədə məlumatlar təqdim edib. Eyni zamanda, rəqəmsallaşmanın sosial-iqtisadi təsirlərinin tədqiqatına olan önəmi xüsusilə vurğulayıb.
ESRI nümayəndəsi tədbir çərçivəsində digər beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
S. Məmmədli, paralel olaraq ilk “ŞƏT Ağacı” rəqəmsal texnologiyalar təlimin açılış mərasimində Azərbaycanlı ekspert olaraq təmsil olunub.