logo
ESRI və Türkiyənin Avrasiya Tədqiqatları Mərkəzi əməkdaşları arasında onlayn görüş keçirilib

9 sentyabr tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) əməkdaşları ilə Türkiyənin Avrasiya Tədqiqatları Mərkəzinin (AVİM) əməkdaşları arasında “Mövcud siyasi gərginliklər və tarixi mübahisələr fonunda Qafqazda regional iqtisadi inteqrasiyanın imkanları və çağırışları” mövzusu ətrafında onlayn formatda müzakirə aparılıb.

Müzakirə zamanı hər iki qurumun nümayəndələri regionda, xüsusilə Azərbaycan və Türkiyə arasında  iqtisadi inteqrasiya imkanlarının genişləndirilməsi üzrə mövcud problemlər və onlara həll yolları çərçivəsində öz fikirlərini paylaşıblar.

Görüşdə həmçinin ESRI və AVİM arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə həyata keçirilə biləcək mümkün gələcək fəaliyyətlər müzakirə edilib. Əməkdaşlığın birgə vebinarların təşkili, qarşılıqlı tədqiqat işlərinin mübadiləsi istiqamətində davam etdirilməsi və gələcəkdə də müxtəlif mövzuların müzakirəsinə həsr olunmuş görüşlərin intensivləşdirilməsi qərar alınıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında Türkiyənin Ankara şəhərində ESRI ilə AVİM arasında birgə əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.