11 sentyabr tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunda (ESRI) fəlsəfə doktoru hazırlığı proqramına qəbul üzrə ixtisas fənlərindən imtahan keçirilib. İmtahanda ingilis dili və fəlsəfə fənni üzrə imtahanlardan uğurla keçmiş iddiaçılar iştirak ediblər.
Qeyd edək ki, ökədə insan kapitalının inkişafı üçün yüksəkixtisaslı kadr hazırlığını həyata keçirmək ESRI-nin əsas fəaliyyət istiqamətlərindən biridir.
ESRI-də fəlsəfə doktoru hazırlığı, elmlər doktoru hazırlığı və dissertantlıq yolu ilə elmi kadrların hazırlanması üçün doktorantura proqramına qəbul 12 ixtisas (“Daxili fiskal siyasət və dövlət maliyyəsi”; “Ekonometriya; iqtisadi statistika”; “Mühasibat uçotu”; “İqtisadi fəaliyyət növləri”; “Texnoloji innovasiyalar iqtisadiyyatı”; “İqtisadi nəzəriyyə”; “Ümumi iqtisadiyyat”; “Sənayenin təşkili və dövlət siyasəti”; “Dünya iqtisadiyyatı”; “Müəssisələrin təşkili və idarə olunması”; “Sahə iqtisadiyyatı”; “Demoqrafiya”) üzrə həyata keçirilir.