İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Şahin Sadıqovun rəhbərliyi ilə 4-8 noyabr 2024-cü il tarixlərində Azərbaycan nümayəndə heyəti Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi məqsədilə qarşılıqlı əlaqələrin davamı olaraq Özbəkistana səfər etmişdir. Azərbaycan heyətinin tərkibində İqtisadi Elmi Tədqiqat İnstitutunun şöbə rəhbəri Manaf Bağırzadə də iştirak edib.