logo
İnstitutun illik hesabat seminarlarına start verildi

        

 

Noyabrın 29-u İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) Makroiqtisadi siyasət və tənzimlənmə şöbəsinin 2024-cü üzrə illik Fəaliyyət Planının Hesabatı dinlənilib. Şöbə rəhbəri Malik Mehdiyev “İdxalı əvəzlənə bilən məhsulların müəyyənləşdirilməsi və istehsal imkanlarına baxış”, “İstehlak malları üzrə qiymətlərin diaqnostikası və qiymət dəyişikliklərinin iqtisadi təsirlərinin qiymətləndirilməsi” və “Real sektorun monitorinqi (ÜDM-nin qısa müddətli proqnozunun hazırlanması)” mövzularında aparılan tədqiqat işlərinin cari nəticələri barədə təqdimatla çıxış edib. Təqdimatın sonunda dinləyicilərin sualları cavablandırılıb. 

 

 

 

 

© İstifadə zamanı www.esri.gov.az / www.theesri.com saytına istinad zəruridir.